satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda bayram yarmarkası keçiriləcək

Naxçıvanda bayram yarmarkası keçiriləcək

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Yeni il ərəfəsində - dekabr ayının 24-dən 30-dək Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda bayram yarmarkası təşkil olunacaq.

Yarmarkaların keçirilməsində əsas məqsəd istehlakçıların seçim imkanlarının artırılmasını, eləcə də süni qiymət artımının qarşısının alınmasını və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.

Yarmarkada istehlakçılar sənaye müəssisələrində, kənd təsərrüfatı istehsalçıları və ailə təsərrüfatlarında istehsal olunan məhsulları bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Muxtar respublika sakinlərini kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq üçün bayram yarmarkasına dəvət edirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM