satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda hansı qadağalar aradan qaldırıldı? - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq Sədri Vasif Talıbovun istefasından sonra bəzi qadağaların aradan qaldırıldığı haqqında xəbərlər yayılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baku TV-nin Naxçıvanda olan əməkdaşı Tural Müseyibov məlumat verib. O qeyd edib ki, indiyə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin önündə icazəsiz çəkiliş etmək bir yana, avtomobil saxlamaq belə qadağan idi. Lakin artıq çəkilişə heç bir maneə yoxdur.

Məlumata görə, istefa xəbərindən dərhal sonra Naxçıvanın böyük ticarət mərkəzlərinin birinin önündə canlanma yaşanıb. Səbəb isə indiyə qədər buraya girişin küçə tərəfdən bağlı olması imiş.

“Digər məsələlərdən biri də odur ki, Naxçıvanda bir çox sahələrdə yalnız bir qurum öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilərdi. Amma artıq insanlar sərbəst rəqabət aparmaq ab-havası yaşayırlar”, - deyə jurnalist əlavə edib.

O da qeyd edilib ki, artıq avtomobillərin arxa şüşələrinə qara örtüklərin vurulması ilə bağlı qadağa da aradan qaldırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM