satellite   Azerspace-1: 11135 H 30000

Dekabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 513 doza vaksin vurulub

Dekabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 513 doza vaksin vurulub

Dekabrın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 513 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 201, ikinci doza vaksinlərin sayı 109, üç və daha çox doza vaksinlərin sayı 181, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 928 min 983, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min, ikinci mərhələ üzrə 4 milyon 875 min 208, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 308, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 467-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM