satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Aksiyada dinamika artır, tələblər dəyişməyib

Laçın-Xankəndi yolu: Aksiyada dinamika artır, tələblər dəyişməyib

Xankəndi-Laçın yolunda təşkil olunan dinc aksiyaya qoşulanların sayı artmaqdadır.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar bu dəqiqələrdə yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üstündə ingilis və rus dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Könüllülər aksiyanın ümumi mənzərəsini ifa etdikləri vətənpərvər ruhlu mahnılarla canlandırırlar. Onların yüksək əhvali-ruhiyyədə olduqları açıq-aydın görünür. Tələblər isə dəyişməz olaraq qalır – ekoloji terrora son qoymaq, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə yerləşən faydalı qazıntı yataqlarımızın monitorinqinin aparılmasına icazə vermək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM