satellite   Azerspace-1: 11135 H 30000

“Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

“Ailə dəyərlərimiz film və  fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font> “Ailə dəyərlərimiz film və  fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font> “Ailə dəyərlərimiz film və  fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” 7-ci muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, cari ilin aprel ayında adıçəkilən komitədə “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda 7-ci muxtar respublika yaradıcılıq müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürtməklə yaşatmaqdır.

Bildirilib ki, müsabiqəyə muxtar respublikada yaşayan telejurnalist və rejissorlar, həvəskar və professional fotoqraflar, eləcə də yaradıcı şəxslər olmaqla, 21 müəllifin 56 fotosu və 7 müəllifin 7 filmi təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Elman Cəfərov gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. 

Sonra “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyası üzrə 12 qalibə diplom, pul mükafatı və hədiyyə təqdim olunub.

 

Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM