satellite   Azerspace-1: 11135 H 30000

Son sutkada Azərbaycanda COVID-19 əleyhinə 419 doza vaksin vurulub

Son sutkada Azərbaycanda COVID-19 əleyhinə 419 doza vaksin vurulub

Dekabrın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 419 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 140, ikinci doza vaksinlərin sayı 100, üç və daha çox doza vaksinlərin sayı 154, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 25-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 665, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 229, ikinci mərhələ üzrə 4 milyon 875 min 347, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 570, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 519-dur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM