satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ilə sosial təminat və reabilitasiya sahələrində təcrübə mübadiləsi aparılır

Türkiyə ilə sosial təminat və reabilitasiya sahələrində təcrübə mübadiləsi aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti sosial sığorta və pensiya təminatı, tibbi-sosial reabilitasiya sahələri üzrə Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə qardaş ölkənin Sosial Güvənlik Qurumunda olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Sosial Güvənlik Qurumunun sədr müavini İsmail Ertüzla görüşdə həmin qurumun təşkilati strukturu və ölkədəki sosial təminat sistemi ilə əlaqədar məlumatlar verilib, Türkiyədə son illər sosial təminat, həssas qrupların sosial reabilitasiyası sahəsində aparılan islahatlara dair təqdimat edilib.

Görüşdə nazirliyin nümayəndə heyəti Azərbaycanın sosial təminat və reabilitasiya sistemindən bəhs edib. Son illər ölkəmizdə aparılan sosial islahatlar və qarşıda duran hədəflərə dair məlumatlar verilib, təcrübə mübadilələri aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM