satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 5 günlük bayram tətili başa çatıb

Azərbaycanda 5 günlük bayram tətili başa çatıb

Bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə olan beş günlük tətil başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, tətil günləri 2022-ci ilin dekabr ayının 31-i, 2023-cü ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edib.

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləri olub.

Bununla yanaşı, 31 dekabr və 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişib və 2023-cü il yanvarın 3 və 4-ü də qeyri-iş günü olub.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM