satellite   Azerspace-1: 11135 H 30000

Xankəndi-Laçın yolu: Aksiya fəal şəkildə davam edir

Xankəndi-Laçın yolu: Aksiya fəal şəkildə davam edir

Xankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik ruhunda davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını plakatlar qaldırmaqla, şüarlar səsləndirməklə ifadə edirlər.

Aksiya zamanı gecə saatlarında olduğu kimi, gündüz vaxtlarda da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 25 gündür davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM