satellite   Azerspace-1: 11135 H 30000

Gömrük generallarının həbs müddəti uzadılıb

Gömrük generallarının həbs müddəti uzadılıb

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsaslı hesab olunub.

Qərara əsasən, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.

Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM