satellite   Azerspace-1: 11135 H 30000

Əmək pensiyalarının artırılması Naxçıvanda 4 min 600 nəfərə şamil ediləcək

Əmək pensiyalarının artırılması Naxçıvanda 4 min 600 nəfərə şamil ediləcək

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" 5 yanvar 2023-cü il tarixli Sərəncama uyğun olaraq əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün vətəndaşların pensiyalarının məbləği 280 manata çatdırılacaqdır.

Beləliklə, minimum əmək pensiyasının məbləği 16,7 faiz artırılır ki, bu da bir neçə ildir minimum pensiyanın yüksək məbləğdə artırılmasının göstəricisidir. Minimum pensiyanın artırılması muxtar respublika üzrə ümumilikdə 4 min 600 əmək pensiyaçısına şamil ediləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM