satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

Dünən axşam saatlarında Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux Kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib. Hadisə zamanı motosiklet sürücüsü Məmmədov Asim Məmməd oğlu yol hərəkəti qaydasının tələblərini pozaraq Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə, hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydasının tələblərini pozması olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Dövlət Yol Polisi bildirir ki, içkili vəziyyətdə avtomobil idarə etmək yolverilməzdir. Bu cür hallar sizin, yaxınlarınızın və ətrafınızın həyatı üçün təhlükə yaradır. Ona görə də həm sürücülər, həm də piyadalar ehtiyatlı olmalı, yol hərəkəti qaydalarına riayət etməlidirlər. 

Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM