satellite   Azerspace-1: 11135 H 30000

Dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər saxlanılıb - FOTOLAR

Dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər saxlanılıb<font color=red> - FOTOLAR</font> Dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər saxlanılıb<font color=red> - FOTOLAR</font>

Yanvarın 11-də saat 04:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər saxlanılıb.

Qurumun mətbuat mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri 2003-cü il təvəllüdlü Cəfərov Elməddin Niyaməddin oğlu və 2005-ci il təvəllüdlü Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.

İlkin dindirilmə zamanı hər iki şəxs İrandan narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM