satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ekoloqlar növbəti biotexniki tədbir keçiriblər - FOTOLAR

Naxçıvanda ekoloqlar növbəti biotexniki tədbir keçiriblər<font color=red> - FOTOLAR</font> Naxçıvanda ekoloqlar növbəti biotexniki tədbir keçiriblər<font color=red> - FOTOLAR</font> Naxçıvanda ekoloqlar növbəti biotexniki tədbir keçiriblər<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında olub, təbiət ərazilərində müşahidələr aparıb və biotexniki tədbirlər görüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Zəngəzur Milli Parkı yaradılıb. 42 min hektardan artıq sahəni əhatə edən milli parkın yaradılmasında əsas məqsəd ərazidə ekoloji sistemlərin, bioloji müxtəlifliyin, genetik fondun, təbiət komplekslərinin, eləcə də Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na düşmüş flora və fauna növlərinin qorunub saxlanılması, artırılması, həmçinin ekoturizmin inkişaf etdirilməsindən ibarətdir.

Təbiətin qorunmasında, xüsusən də qış aylarında çöl heyvanlarının qidalanmasını asanlaşdırmaq məqsədilə keçirilən biotexniki tədbirlər çərçivəsində bu gün ekoloqlar parkın ərazisində çöl heyvanlarının daha çox məskunlaşdığı ərazilərə 30 kip qaba yem və 500 kiloqrama yaxın daş duz səpiblər.

Dağlıq ərazilərdə qar örtüyünün çox olmasını nəzərə alaraq əvvəlcədən tədarük olunan quru ot və daş duz çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı davamlılığını artırır, onların duza olan tələbatını ödəyir.

Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM