satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman Şahbuzda maarifləndirici tədbir təşkil edib

Ombudsman Şahbuzda maarifləndirici tədbir təşkil edib

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda “Azərbaycan Respublikasında informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Şahbuz Rayon İcra Hakimiyyətinin hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər barədə danışıblar. 

Tədbirdə “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - məhkəmədənkənar müdafiə mexanizmi kimi” və “İnformasiya əldə etmək hüququnun təmin edilməsi” mövzularında çıxışlar dinlənilib.

Tədbirdə mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Hafizə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM