satellite   Azerspace-1: 11135 H 30000

Qışda hansı qidanı qəbul etmək daha faydalıdır?

Qışda hansı qidanı qəbul etmək daha faydalıdır?

Mütəxəssislər qış aylarında ən faydalı ərzaqlardan söhbət açarkən qida rasionuna yarmaları, yarmalardan bişən sıyığa isə kərə yağı əlavə etməyi məsləhət görürlər. Məsələn, yulaf və ya arpa yarması yaxşı doyuzdurur və donmamağa kömək edir, kərə yağı isə orqanizmi immunitet üçün vacib olan D və A vitaminləri ilə təmin edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə “MedikForum”a istinadla xəbər verir.

Qış aylarında qatı şorbalar da faydalıdır, bədəndə toxluq və qızışma hissi yaradır, bu zaman orqanizmi böyük kalori ilə yükləmir. Soyuq dövrlərdə yağlı dəniz balığı yemək də tövsiyə olunur. Bu ərzaq tərkibində ürək və damarlar üçün faydalı olan yağ turşuları ilə zəngindir, eləcə də orqanizmi D vitamini ilə təmin edir.

Digər faydalı ərzaqdan biri zülal, sellüloz, yağ turşuları, E vitamini, maqneziumla zəngin olan qoz-fındıqdır. Lakin kalori toplamamaqdan ötrü onlardan gündə bir ovucdan artıq (təxminən 30 qram) yemək məsləhət görülmür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM