satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı ziyarət olunub

Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı ziyarət olunub

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanı ziyarət ediblər.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və komitənin aparat rəhbəri Eltun Həziyev Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Bildiriblər ki, ölkəmizdə bütün qadınlar, o cümlədən Həvayət Qurbanova kimi zəhmətkeş qadınlar dövlətimizin daim diqqət və qayğısı əhatəsindədirlər. Əlamətdar günlərdə bu cür ziyarətlərin təşkili də bu tədbirlərin tərkib hissəsidir.

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova xatirələrindən danışıb, göstərilən diqqətə görə minnətdarlıq edib.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM