Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Culfa rayonunun Yaycı kəndi ərazisində reyd-yoxlama aparıblar. Aparılan yoxlamalar zamanı rayonun Yaycı kənd sakini Kərimov Asiman Məhərrəm oğlu özünəməxsus "Belarus" markalı ekskavatorla heç bir icazə sənədi olmadan, qanunsuz olaraq Xoşgəri çay yatağından qum-çınqıl yığarkən saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Yer təkindən qanunsuz istifadə etdiyinə görə barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib.
