satellite   Azerspace-1: 11135 H 30000

İnsan hüquqları üzrə müvəkkilin və monitorinq qrupunun səlahiyyətləri artırılır

İnsan hüquqları üzrə müvəkkilin və monitorinq qrupunun səlahiyyətləri artırılır

Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman İnsan hüquqları üzrə müvəkkilin və monitorinq qrupunun səlahiyyətləri artırılır.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyində ikinci səsvermədə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərdə öz əksini tapıb.

Qanuna əsasən, müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:

- dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;

- dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;

- həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;

- dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;

- vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.

Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM