satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtomobil qəzadan sonra yanıb, iki nəfər xilas edilib - VİDEO

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan şəhəri ərazisində idarəetməni itirən avtomobil yolun kənarına aşıb.

Hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəxsi heyəti nəqliyyat vasitəsində sıxılıb qalan Allahverdiyev Rəhim Məhəmməd oğlu və Allahverdiyev Kazım Hüseyn oğlunu xilas edib.

Xilasetmə əməliyyatından sonra avtomobil anidən alovlanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkim müayinəsindən sonra Allahverdiyev Kazım travmatologiya, Allahverdiyev Rəhim isə vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM