satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni məktəb binası tikilib, amma tam yararsız olduğuna görə sökülüb

Naxçıvanda yeni məktəb binası tikilib, amma tam yararsız olduğuna görə sökülüb

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsi tamamilə yararsızdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.

Texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın söküldüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM