satellite   Azerspace-1: 11135 H 30000

Rəşad Nəbiyev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - YENİLƏNİB - FOTOLAR

Rəşad Nəbiyev Naxçıvan şəhərində vətəndaşları qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Rəşad Nəbiyev Naxçıvan şəhərində vətəndaşları qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Rəşad Nəbiyev Naxçıvan şəhərində vətəndaşları qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 yanvarda Naxçıvan şəhərində yerləşən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında vətəndaşları qəbul edib.

Naxçıvan televiziyası nazirliyə istinadən xəbər verir ki, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin Naxçıvan şəhərinin sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM