satellite   Azerspace-1: 11135 H 30000

Çin Sədri Si Cinpin 42 yeni səfirin etimadnaməsini qəbul edib

Çin Sədri Si Cinpin 42 yeni səfirin etimadnaməsini qəbul edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da daxil olmaqla, 42 yeni səfirin etimadnaməsini qəbul edib.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadən xəbər verir ki, Pekinin Böyük Xalq Zalında keçirilən mərasimdən sonra çıxış edən Si Cinpin səfirlərdən öz dövlətlərinin rəhbərlərinə və vətəndaşlarına onun salamlarını və xoş arzularını çatdırmağı xahiş edib.

Çinin digər ölkələrin xalqları ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edən ÇXR Sədri bərabərlik və qarşılıqlı əlaqə əsasında ikitərəfli əməkdaşlığı genişləndirməyə, münasibətləri daha da dərinləşdirməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Bünyad Hüseynov Prezident İlham Əliyevin 2023-cü il 29 avqust tarixli Sərəncamı ilə Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM