satellite   Azerspace-1: 11135 H 30000

İran fevralın 4-dən 28 ölkə ilə viza rejimini ləğv edir

İran fevralın 4-dən 28 ölkə ilə viza rejimini ləğv edir

İran İslam Respublikası fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla, 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Əlireza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq. Nazir müavini Hindistanla bağlı vəziyyəti ayrıca qeyd edərək vurğulayıb ki, həmin ölkənin vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə onlardan viza tələb edilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM