satellite   Azerspace-1: 11135 H 30000

Simonyan: Yeni konstitusiyaya ehtiyac regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsidir

Simonyan: Yeni konstitusiyaya ehtiyac regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsidir

Yeni konstitusiyaya ehtiyac regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsidir.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Digər tərəfdən, Simonyan əlavə edib ki, Ermənistan müstəqilliyini elan edəndən bəri fundamental sənədlərdə yenidən işlənməli olan müddəalar var. Bu, geosiyasi dəyişikliklər və “son hadisələr”lə bağlıdır.

“Biz başa düşməliyik ki, Ermənistan hara gedir və hansı məqsədlər güdür, Ermənistan Respublikası hansı məqsədlə mövcuddur. O, “Böyük Ermənistan”ı bərpa etmək üçün, yoxsa vətəndaşların təhlükəsizliyini və rifahını təmin etmək üçün var? Bu suallara cavab verməliyik və hesab edirəm ki, cəmiyyətimizdə onlara verilən cavablar birmənalı deyil”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM