satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu HƏMAS-ın girov götürdüyü iki nəfəri xilas edib

İsrail ordusu HƏMAS-ın girov götürdüyü iki nəfəri xilas edib

HƏMAS-ın 6 oktyabr hücumları zamanı girov götürdüyü iki nəfər Qəzzanın cənubundakı Rəfah şəhərində gecə əməliyyatı zamanı xilas edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbi qurumun yaydığı açıqlamada xilas edilən girovların 60 yaşlı Fernando Simon Marman və 70 yaşlı Lui Har olduğu bildirilir. Onlar radikalların hücumuna uğramış Nir-İtsxak kibutsundan olublar.

Qeyd olunub ki, cütlük İsrailin mərkəzindəki Şeba xəstəxanasına aparılıb. Xəstəxanadan verilən açıqlamada ikilinin vəziyyətinin yaxşı olduğunun həkimlər tərəfindən təsdiqləndiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM