satellite   Azerspace-1: 11135 H 30000

Yəməndə Britaniya gəmisi raket atəşinə tutulub

Yəməndə Britaniya gəmisi raket atəşinə tutulub

Yəmənin Əl-Muxa liman şəhərindən 40 dəniz mili cənubda, Qırmızı dənizdə Böyük Britaniyanın ticarət gəmisi hücuma məruz qalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) “X” sosial şəbəkəsində məlumat yayıb.

Gəmi kapitanı iki raket atəşinə məruz qaldıqlarını bildirib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Məlumata görə, hazırda gəmi dəniz limanına doğru hərəkət edir.

UKMTO digər gəmilərin ekipajlarını Yəmən sahillərində hərəkət edərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM