satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda qarlı və şaxtalı hava 60 nəfərin həyatına son qoyub

Əfqanıstanda qarlı və şaxtalı hava 60 nəfərin həyatına son qoyub

Əfqanıstanda son üç həftə ərzində yağan güclü qar və şaxtalı hava nəticəsində 60 nəfər ölüb, 23 nəfər yaralanıb.

Naxçıvan televiziyası Sinxua agentliyinə xəbər verir ki, Əfqanıstan fövqəladə hallar idarəsinin mətbuat katibi Molla Janan Saeq həmin müddət ərzində soyuq hava səbəbindən 177 mindən çox mal-qaranın tələf olduğunu bildirib. O, həmçinin milli və beynəlxalq təşkilatların əməkdaşlığı ilə ölkənin müxtəlif bölgələrində zərər çəkən 22 min 400-dən çox ailəyə ərzaq və qeyri-ərzaq malları, o cümlədən pul yardımı edildiyini deyib.

Qeyd edək ki, Əfqanıstanın bəzi dağlıq bölgələrində havanın temperaturu mənfi 30 dərəcəyədək enib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM