satellite   Azerspace-1: 11135 H 30000

Notr-Dam kilsəsinin bərpasında kansoragen maddədən istifadə edilib

Notr-Dam kilsəsinin bərpasında kansoragen maddədən istifadə edilib

Paris Notr-Dam kilsəsinin damının bərpası zamanı 460 kq kanserogen qurğuşundan istifadə edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Həmkarlar İttifaqının ümumi əmək konfederasiyasının Paris bölməsinin baş katibi Benua Martin bəyan edib.

“Bu məsuliyyətsiz seçimdir. Qurğuşun çox təhlükəlidir və həm yenidənqurmada iştirak edən işçilər, həm də ətraf ərazilərin sakinləri və kafedralın ziyarətçiləri üçün risk yaradır”, - deyə o qeyd edib.

Marten deyib ki, 2019-cu ildə kafedralın tavanı yanan zaman əriyən 400 kq qurğuşun yaxınlıqda yaşayan uşaqların səhhətinə mənfi təsir göstərib.

“2022-ci ildə Saturnizm xəstəsi olan valideynlər və xəstələr birlikləri üçüncü şəxslərin təhlükəsinə məruz qalma maddəsi ilə Regional Səhiyyə Agentliyinə, Mədəniyyət və Səhiyyə Nazirliyinə qarşı iddia qaldıraraq şöbələri səhlənkarlıqda ittiham ediblər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM