satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova Moskvadakı terror aktını törədənləri təqdir edən ölkələri açıqlayıb

Zaxarova Moskvadakı terror aktını törədənləri təqdir edən ölkələri açıqlayıb

"Moskvanın Ryazanski prospektində baş verən və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov, eləcə də köməkçisinin ölümü ilə nəticələnən terror aktının günahkarlarını istintaq müəyyən edəcək".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

O bildirib ki, "bu hadisəni törədənləri təhrik və təqdir edənlər" Fransa, Avstriya, İsveç. Lüksemburq, Niderland, Norveç, Britaniya, Litva, Estoniya, Çexiya, Çili, Uruqvay, Cənubi Koreya və Ukrayna hakimiyyətləridir.

Zaxarova terror aktlarını dəstəkləyənləri və onların qarşısında məqsədli şəkildə susanları həmin hadisələrin iştirakçısı adlandırıb.

Sonda rəsmi nümayəndə BMT Katibliyini susqunluqda günahlandıraraq, bunun riyakarlıq olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM