satellite   Azerspace-1: 11135 H 30000

KİV: ABŞ Suriya həbsxanalarından minlərlə terrorçunun qaçmasından narahatdır

KİV: ABŞ Suriya həbsxanalarından minlərlə terrorçunun qaçmasından narahatdır

ABŞ rəsmiləri Suriya həbsxanalarında saxlanılan İŞİD döyüşçülərinin kütləvi qaçış təşkil edəcəyindən narahatdırlar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, yaraqlılar və onların ailələri müvəqqəti həbsxanalarda saxlanılır. Onlar ABŞ-nin dəstəklədiyi və kifayət qədər silah ehtiyatına malik olmayan kürd qüvvələri tərəfindən mühafizə olunur. Söhbət 9 min döyüşçüdən, eləcə də onların həyat yoldaşları və uşaqları da daxil olmaqla daha 50 min nəfərdən gedir.

Saxlanılan döyüşçülərin əksəriyyəti İraq və Suriyadan olan şəxslərdir, onların bir çoxu Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan, o cümlədən ABŞ-dən gəlib. Lakin nəşr iddia edir ki, ölkələr repatriasiya məsələsində tələsmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM