Hakan Fidan HƏMAS nümayəndə heyəti Qəzzadakı mümkün atəşkəsi müzakirə edib

Hakan Fidan HƏMAS nümayəndə heyəti Qəzzadakı mümkün atəşkəsi müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.

NTV “TRT Haber”ə istinadən xəbər verir ki, görüş zamanı Yaxın Şərqdəki son durum barədə danışılıb.

Tərəflər Qəzzada daimi atəşkəsin təmin olunmasını müzakirə ediblər.

Həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısının alınması və bunun mənfi nəticələri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Siyasi Büronun rəisi Məhəmməd Dərvişin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti daha əvvəl Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüşmüşdü.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM