ABŞ-nin İllinoys ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Təyyarədə iki qadın və iki kişi olub. İlkin məlumata görə, təyyarə elektrik xəttinə dəydiyi üçün qəza edib.