satellite   Azerspace-1: 11135 H 30000

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün İstanbuldadır

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün İstanbuldadır

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbuldadır.

NTV Rusiya KİV-lərinə istinadən məlumatına görə, nümayəndə heyətini daşıyan təyyarə mayın 15-də səhər Atatürk adına hava limanına enib.

Ukraynada vəziyyətin nizamlanması ilə bağlı danışıqlar üç il əvvəl görüşlərin keçirildiyi eyni məkanda baş tutacaq. Danışıqların başlanması Moskva vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 11:00) planlaşdırılıb.

Bildirildiyi kimi, RF nümayəndə heyətinə danışıqlarda RF prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin nümayəndə heyətinə XİN başçısının müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM