satellite   Azerspace-1: 11135 H 30000

Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb

Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bu gün Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan danışıqların gündəliyi barədə məlumat verib.

NTV Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun bəyanatına istinadən bildirir ki, Rusiya-Ukrayna münaqişəsi əsas mövzu olaraq qalır.

Liderlər münaqişə ilə bağlı son hadisələri və onun həlli yollarını ətraflı müzakirə edəcəklər. Prezident Ərdoğan atəşkəs və sülh danışıqları ilə bağlı çağırış etmək niyyətindədir.

Həmçinin, Türkiyə və Ukrayna arasında ikitərəfli gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qurtuluşdan başlanan yol

13:59 15.06.2025

Sözün Arifi 101 yaşında

12:42 15.06.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM