satellite   Azerspace-1: 11135 H 30000

NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir

NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir

NATO ölkələri ABŞ-nin Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylərə dəstəyini ifadə edir.

NTV xəbər verir ki, bu barədə bu gün Alyansın baş katibi Mark Rütte Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.

"Biz NATO-da Trampın müharibənin ədalətli və uzunmüddətli həlli istiqamətində göstərdiyi səylərə dəstəyimizi bir daha qeyd edirik", - Rütte deyib.

O qeyd edib ki, alyans Ukraynaya uzunmüddətli dəstək verməyə sadiqdir: "Söhbət Ukraynanı bu gün və gələcəkdə özünü müdafiə etmək imkanı ilə təmin etməkdən gedir".

Baş katib əlavə edib ki, bu gün İstanbulda aparılacaq Rusiya-Ukrayna danışıqlarına ehtiyatlı nikbinliklə yanaşır:

"Top əvvəlki kimi Rusiyanın tərəfindədir və əgər o da oynamaq istəyirsə, növbəti bir neçə həftə ərzində müəyyən irəliləyişə nail olmaq olar".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qurtuluşdan başlanan yol

13:59 15.06.2025

Sözün Arifi 101 yaşında

12:42 15.06.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM