satellite   Azerspace-1: 11135 H 30000

“GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub - FOTOLAR

“GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub <font color=red> - FOTOLAR</font> “GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub <font color=red> - FOTOLAR</font> “GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub <font color=red> - FOTOLAR</font> “GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub <font color=red> - FOTOLAR</font> “GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub <font color=red> - FOTOLAR</font>

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən inkişaf etdirilən və sınaq zamanı Akıncıdan atılan “GÖKÇE” tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub.

NTV xəbər verir ki, “Baykar” şirkətinin rəsmi sosial media hesabında yayımlanan məlumatda “Gökçe” adlı yeni nəsil tuşlama dəstinin “Birbaşa zərbə” şüarı ilə aparılan test nəticələrinin uğurla tamamlandığı bildirilib.

Hərbi ekspertlər bu sınağın uğurla nəticələnməsini Türkiyənin yerli texnologiyalarının quruda, dənizdə və hava platformalarında uzunmüddətli genişlənməsində kritik bir mərhələ kimi qiymətləndirir. Bu həm də Türkiyəni qlobal müdafiə arenasında daha güclü oyunçuya çevirir.

Qeyd edək ki, “GÖKÇE” aviabombaları “ağıllı” sursata çevirən tuşlama dəsti olaraq, həm F-16 döyüş təyyarələri, həm də pilotsuz uçuş aparatları ilə uyğunluq göstərir və bu platformalara inteqrasiya oluna bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM