satellite   Azerspace-1: 11135 H 30000

Braziliya COP30 zamanı kruiz gəmilərindən mehmanxana kimi istifadə edəcək

Braziliya COP30 zamanı kruiz gəmilərindən mehmanxana kimi istifadə edəcək

Braziliyanın hökumət orqanları noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində məhdud mehmanxana yerlərini kompensasiya etmək üçün iki kruiz gəmisini icarəyə götürəcək.

NTV xəbər verir ki, ölkənin “Embratur” rəsmi turizm agentliyinin məlumatına görə, tədbir zamanı Belen limanında lövbər salacaq “MSC Seaview” və “Costa Diadema” adlı kruiz gəmiləri qonaqlara ümumilikdə 6 min çarpayı yeri təqdim edəcək.

Amazon bölgəsində yerləşən Belen şəhəri COP30 konfransının təşkilində ciddi logistik çağırışlarla üzləşib. Noyabrın 10-21-də baş tutacaq tədbirə təxminən 200 ölkədən 50 min iştirakçının, o cümlədən dövlət və hökumət başçılarının, qeyri-hökumət təşkilatlarının və ekoloji fəalların qatılacağı gözlənilir.

Yaşayış planına gəmilərlə yanaşı, hotellər, kirayə mənzillər, müvəqqəti sığınacaqlar və hətta müvafiq məqsədlər üçün uyğunlaşdırılacaq məktəb binaları daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM