satellite   Azerspace-1: 11135 H 30000

Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib

Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib

Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərindən 171 km məsafədə 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.

NTV-nin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının "Telegram" kanalında bildirilib.

Bundan əvvəl Rusiya Federasiyasının Kamçatka vilayətindən 171 km məsafədə 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ 13 km dərinlikdə baş verib.

Daha əvvəl isə Petropavlovsk-Kamçatskdan 150 km məsafədə 5,3 maqnitudalı zəlzələ baş verib.

İlkin məlumatlara görə, ikinci zəlzələ hiss olunub, intensivliyi 4 bal təşkil edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, regionun bir neçə yaşayış məntəqəsində sunami təhlükəsi elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM