satellite   Azerspace-1: 11135 H 30000

Fransada taksi sürücüləri etiraz aksiyalarına hazırlaşırlar

Fransada taksi sürücüləri etiraz aksiyalarına hazırlaşırlar

Fransada taksi sürücüləri sentyabrın 5-dən ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarına başlayacaqlar. Bununla bağlı Fransada fəaliyyət göstərən taksi federasiyaları qərar verib. Etiraz aksiyaları səhiyyə nəqliyyatına tətbiq olunan yeni tariflərlə bağlıdır.

NTV xəbər verir ki, Fransa Taksi İttifaqları Birliyindən verilən məlumata görə, sentyabrın 5-i saat 7:00-dan Parisdə mitinq başlayacaq. Eyni zamanda, taksi sürücüləri bütün bölgələrdə stansiya, liman, aeroport, yanacaq terminalları və xəstəxanaların ətrafında toplaşacaqlar.

Taksi sürücüləri hökumətə təkliflər təqdim etdiklərini, lakin buna məhəl qoyulmadığını bildiriblər. “Əgər hökumət geri addım atmasa, bütün ölkə iflic ola bilər. Biz ədalətli dialoq və real müzakirə istıyirik”, - deyə onlar xəbərdarlıq ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM