satellite   Azerspace-1: 11135 H 30000

Malayziya "Formula 1"ə ev sahibliyi etməyi planlaşdırmır

Malayziya "Formula 1"ə ev sahibliyi etməyi planlaşdırmır

Malayziya "Formula 1" üzrə dünya çempionatının mərhələsinə ev sahibliyi etməyi planlaşdırmır.

NTV "New Straits Times"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Hanna Yeo açıqlama verib.

O, bunu yarışa ev sahibliyi etmək hüququnun baha olması, infrastrukturun hazırlanması zərurəti və gərgin yarış təqvimi ilə əlaqələndirib.

Onun sözlərinə görə, qənaət edilən məbləğ digər idman növlərinin inkişafına sərf olunur.

Qeyd edək ki, Malayziya Qran-prisi 1999-cu ildən 2017-ci ilədək davam edib və "Formula 1" üzrə Asiyanın qədim mərhələlərindən biri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM