satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada böyük akkumulyator anbarı tikiləcək

Çexiyada böyük akkumulyator anbarı tikiləcək

2026-cı ilin əvvəlinə qədər Çexiyada, Brjetslav yaxınlığında elektrik enerjisi üçün ən böyük akkumulyator anbarlarından biri tikiləcək.

NTV xəbər verir ki, onun gücü 31 meqavat-saat təşkil edəcək ki, bu da milli elektrik şəbəkəsinin etibarlılığını və dayanıqlığını artıracaq.

Layihəni “Moraviya Neft Quyuları” (“Moravské naftové doly”) şirkəti həyata keçirir və obyekti artıq gələn ilin əvvəlində istifadəyə verməyi planlaşdırır. Gələcəkdə şirkət Çexiyada daha altı, Almaniyada isə iki analoji anbar tikmək niyyətindədir.

Ekspertlər qeyd edirlər ki, bu cür sistemlər enerji infrastrukturunun əsas elementinə çevrilir: onlar bərpaolunan mənbələrin - ilk növbədə məhsuldarlığı hava şəraitindən asılı olan günəş və külək elektrik stansiyalarının payının artması ilə əlaqədar elektrik şəbəkəsinin işində baş verən tərəddüdləri hamarlaşdırmağa imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM