satellite   Azerspace-1: 11135 H 30000

Ağcaqanadların səbəb olduğu viruslara yoluxmalar rekord həddə çatıb

Ağcaqanadların səbəb olduğu viruslara yoluxmalar rekord həddə çatıb

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına əsasən, ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər Avropada rekord səviyyəyə çatıb. Eyni zamanda, əvvəllər nadir görülən virus infeksiyaları yayılmağa başlayıb.

NTV Almaniyanın “Ştern” jurnalına istinadla xəbər verir ki, bu il 335 nəfər Qərbi Nil virusuna yoluxub. Onlardan 274-ü İtaliyada qeydə alınıb. Yoluxmuş şəxslərdən 19-u virusun fəsadları nəticəsində dünyasını dəyişib.

Bundan başqa, çikunqunya virusu da Avropada tədricən yayılmağa başlayıb. Bunun əsas səbəbi isə iqlim dəyişikliyi nəticəsində havanın istiləşməsi və yay fəslinin müddətinin uzanmasıdır.

Mütəxəssislər ağcaqanad sancmalarına qarşı daha ciddi və güclü qorunma tədbirlərinin görülməsini tövsiyə edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM