satellite   Azerspace-1: 11135 H 30000

Çilidə 7,5 maqnitudalı zəlzələ baş verib

Çilidə 7,5 maqnitudalı zəlzələ baş verib

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, cümə axşamı gecə saatlarında Çilinin cənubundakı Dreyk keçidində 7,5 maqnitudalı zəlzələ baş verib.

NTV xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin 10,8 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Yeraltı təkanlar həm Çilinin, həm də qonşu Argentinanın bir sıra şəhərlərində hiss olunub. Dağıntılar barədə məlumat verilməyib.

Zəlzələdən sonra Çilinin Dəniz Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) sunami xəbərdarlığı edib və sahilyanı ərazilərin boşaldılması göstərişi verilib.

Zəlzələ əvvəlcə təhlükəli sunami dalğaları riskini artırsa da, Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi daha sonra “Bloomberg” agentliyinə elektron poçtla göndərilən açıqlamada təhlükənin azaldığını təsdiqləyib. Mərkəz əlavə edib ki, istənilən halda sahil dalğalarının 0,3 metrdən yuxarı qalxması gözlənilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM