Bosniya və Herseqovinanın Neum şəhəri yaxınlığında meşə yanğını ilə mübarizə aparılır.
NTV xəbər verir ki, Neum və Stoçe bölgələri arasında geniş ərazini bürüyən yanğının söndürülməsinə bu ölkənin digər şəhərlərindən və Xorvatiyadan mülki müdafiə qüvvələri və təyyarə cəlb olunub. Bir neçə kəndin ərazisinə yayılan yanğının söndürülməsində yerli sakinlər də iştirak edirlər.
Ərazidə bitki örtüyünün və bir avtomobilin yandığı bildirilib.
