satellite   Azerspace-1: 11135 H 30000

Bu il Türkiyənin yaşıllıq ərazilərində 5 mindən çox yanğın baş verib

Bu il Türkiyənin yaşıllıq ərazilərində 5 mindən çox yanğın baş verib

Bu ilin əvvəlindən indiyədək Türkiyənin yaşıllıq sahələrində 5 min 399 yanğın baş verib. Onlardan 2 min 311-i meşəlik, 3 min 88-i isə meşəlikdən kənar ərazilərdə meydana gəlib. Yanğınlarda 69 min hektar meşə sahəsi zərər görüb.

NTV  xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə bağlı Meşə Təsərrüfatı Baş İdarəsinin (OGM) inventarında olan hava vasitələri bu il meşə yanğınları səbəbindən ümumilikdə 19 min 170 saat uçuş edib.

Təyyarələr 4 min 240, helikopterlər 10 min 593, pilotsuz uçuş aparatları (PUA) isə 4 min 337 saat havada qalıb. Meşə yanğınları ilə mübarizəyə 27 təyyarə, 105 helikopter, 14 PUA, 5 min 359 quru texnikası və 25 min nəfərdən ibarət heyət cəlb olunub, 162 min 514 ton su sərf edilib.

 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM