satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub - FOTOLAR

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub<font color=red> - FOTOLAR</font> İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub<font color=red> - FOTOLAR</font>

İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

NTV xəbər verir ki, leysan yağışı və dolu Ravenna, Çervia və Rimini şəhərlərində daşqınlara səbəb olub, küçələri və iş yerlərini su basıb. İnsanlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

Güclü külək ağacları yollara və avtomobillərin üzərinə aşırıb, bu, nəqliyyatın hərəkətinə mənfi təsir edib. Ağacların qatar relslərinə aşması nəticəsində Rimini-Ravenna dəmir yolu xəttində dayanmış qatardan 23 nəfər təxliyə olunub.

Bölgədə küləyin sürəti saatda 100 kilometrə çatıb. İnfrastruktura, çimərliklərdəki obyektlərə və avtomobillərə ziyan dəyib. Ziyanın miqyasını müəyyənləşdirmək üçün araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM