satellite   Azerspace-1: 11135 H 30000

Tokayev: Qazaxıstanda güclü prezident hakimiyyəti qorunub saxlanmalıdır

Tokayev: Qazaxıstanda güclü prezident hakimiyyəti qorunub saxlanmalıdır

Qazaxıstan güclü prezident hakimiyyətinə malik dövlət olaraq qalmalıdır.

NTV məlumatına görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Respublika Günü münasibətilə təşkil edilmiş təntənəli yığıncaqda çıxışı zamanı bildirib.

"Bu, parlament sistemlərinin artıq təhlükəsizlik və qayda-qanun, sabitlik və inkişaf baxımından öz təyinatını yerinə yetirmədiyi dünyada ölkəmizin etibarlı gələcəyinin təmin edilməsi məsələsidir. Xalqımızın dövlətçiliyini riskə atmağa haqqımız yoxdur, biz bəzi ekspertlərin və siyasətçilərin səthi konsepsiyalarına kor-koranə əməl etməməliyik", - o vurğulayıb.

Bununla yanaşı, Tokayev xatırladıb ki, bu yaxınlarda etdiyi müraciətdə parlament islahatlarının başlandığını açıqlayıb.

Onun fikrincə, bu təşəbbüsün əvvəlcədən elan edilməsi ölkədəki siyasi proseslərin şəffaflığını nümayiş etdirir:

"Konstitusiyaya dəyişikliklər təkcə parlamenti deyil, həm də prezident, hökumət və siyasi sistemin bir çox digər aspektlərini əhatə edəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM