satellite   Azerspace-1: 11135 H 30000

İsrail Qəzzaya daha 30 fələstinlinin meyitini qaytarıb

İsrail Qəzzaya daha 30 fələstinlinin meyitini qaytarıb

İsrail HƏMAS ilə mübadilə razılaşması çərçivəsində Fələstin tərəfinə daha 30 nəfərin meyitini təhvil verib.

NTV-nin AFP agentliyinə istinadən məlumatına görə, bu barədə Xan-Yunisdəki Əl-Nasir tibb kompleksindən bildirilib.

"İsraildən mübadilə razılaşması çərçivəsində 30 fələstinli məhbusun meyiti təhvil alınıb" - bəyanatda qeyd olunub.

Meyitlərin təhvil verilməsi əvvəlki mübadilələrdə olduğu kimi Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, ötən gün HƏMAS-ın nümayəndələri Qızıl Xaç nümayəndələrinə iki israilli əsirin meyitini təhvil veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM