satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 25-dən 27-dək Türkiyədə səfərdədir.

Bu barədə NTV-yə Komitədən məlumat verilib.

Qeyd edilib ki, səfər çərçivəsində nümayəndə heyətinin İğdır şəhərində vali Ercan Turan və müfti Zahit Demirellə görüşləri keçirilib.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ortaq etnik, mədəni köklərə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin hər iki ölkənin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, bu siyasət xalqlarımız arasında güclü qardaşlıq və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir.

Həmçinin, Azərbaycanın mədəniyyətlər, dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşması, multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmasının vacibliyi bildirilib.

Qeyd edək ki, səfər proqramı çərçivəsində nümayəndə heyətinin Qars şəhərində də bir sıra rəsmi görüşlər keçirməsi nəzərdə tutulur. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM